top of page
Search

Aramızdakı Səmimi Birliyi Ortaya Çıxarmaq

  • Writer: menyoxsabiz
    menyoxsabiz
  • Jun 11, 2019
  • 1 min read

İnsanları bir birindən ayıran əsas ünsür eqodur. Bu sadəcə parçalanmağımıza səbəb olmur, eyni zamanda insanlar olaraq aramızdakı ayrılığı gedərək artırmağa davam edir. Bir tərəfdən eqo başqalarından istifadə etmək istəməyimizə səbəb olur. Öz ehtiyaclarımızı qarşılamaq üçün onlardan asılı hala gəlirik, eynən qloballaşmada olduğu kimi. Ancaq digər tərəfdən, özümüzü tətmin etmək, başqalarından asılı hala gəlməyi dayandırmaq və digər insanların sadəcə yox olmasını istəmək üçün başqa yollar axtarmağa bizi məcbur edir. Bir birimizə bağlı olduğumuz və bunu dəyişdirməklə heçnə əldə etməyəcəyimiz reallığını heç cür qəbul edə bilmirik. Bu "ortaqlıq" bizi narahat edir və sıxır.



Aramızdakı münasibətləri düzəltmək və bir-birimizə bağlı olduğumuz fikrini qəbul etməməyimiz də məhz buradan qaynaqlanır. Bunun nəticəsi olaraq isə bu günkü münasibətlərimizdən də göründüyü kimi bir-birimizə yadlaşırıq. İzolyasiya olmağımız artdıqca həqiqi münasibətlər üçün böyük ehtiyac hiss edirik. Ancaq bunu telefonlar, kompyuterlər və yaxud da başqa cihazlar vasitəsilə edə bilmərik. Bu içimizə yerləşdirməli olduğumuz bir şeydir. Tez ya da gec, çox güman ən tez bir vaxtda elektron mesajlar yerinə duyğu və düşüncələr vasitəsilə əlaqə quraraq daxilimizi zənginləşdirməyimizin nə qədər vacib olduğunu anlayacayıq. Bunu edərkən qəlblərimizin dərinində var olan səmimi birliyi təkrar kəşf edərək aramızda yenidən təbii, birbaşa və sağlam münasibətlər quracayıq.

 
 
 

Comments


Post: Blog2_Post
  • Facebook
  • Twitter
  • LinkedIn

©2019 by Mən Yoxsa Biz?!. Proudly created with Wix.com

bottom of page