top of page
Search

Şüurunuz Digər Hərkəsin Şüuru İlə Əlaqəlidir.

  • Writer: menyoxsabiz
    menyoxsabiz
  • Jun 11, 2019
  • 2 min read

Bizi bir digər insandan ayıran şey sadəcə dərimizdir. Bunu ləğv etdiyimiz anda başqaları ilə aramızda olan bariyeri də ləğv etmiş oluruq. Yəni aramızda həqiqətən başqa insanlardan müstəqil şəkildə mövcud olan heç kim yoxdur. Həqiqət budur ki, biz facebook və internetdən daha çox neyronlarımız vasitəsilə bir-birimizə bağlıyıq. Professor Vilyanur S. Ramachandran güzgü neyronlarının heyrətamiz funksiyalarını çox gözəl təsvir edir. Yenicə kəşf olunmuş bu neyronlar bizə bəziləri hətta insan sivilizasiyanın təməlini formalaşdıran mürəkkəb sosial davranışları öyrənməyə kömək edir. Professor Ramachandranın araşdırmalarına görə bir-birilə qarşılıqlı şəkildə danışan ümumi neyronlar zəncirlərinə sahibik. Bu isə bizim şüurumuzla digərlərinin şüurunun arasında həqiqi bir fərq olmadığı mənasını verir. Və bu metafizika və ya başqa bir növ fəlsəfə olmayıb, nevrologiya elminin təməl anlayışlarından ortaya çıxmışdır.



İnsan beyni təxminən 3kq ətdən ibarətdir ancaq insan bədəninin bu parçası ulduzlarası kosmosun genişliyini düşünmək qabiliyyətinə malikdir. Həmin parça sonsuzluğun mənası haqqında düşünə bilir və hətta öz mövcudiyyətinin mənası haqqında suallar verə bilir. Beynimiz insanoğlunun qarşılaşdığı ən böyük sirrlərdən biridir. Ramachandra həmçinin qeyd edir ki, yetkin insan beynində 100 milyarda qədər neyron var. Və hər bir neyron beyində olan 1000-10000 arası neyronla əlaqə quraraq sonsuz neyronlar sistemini yaradır.


Göründüyü kimi insan beyni çox mürəkkəb bir sistem vasitəsilə işləyir və biz bu sistemi yanlız indi yavaş-yavaş öyrənməyə başlayırıq. Ancaq insan orqanizmində və təbiətdə mövcud olan digər bütün orqanizmlərdə öyrəndiyimiz hər şey bizə tək individualların və ya tək-tək parçaların olmadığını, onun yerinə bir-birinə görünən və görünməz bağlarla birləşmiş tək bir sistemin mövcud olduğunu deyir. Bu gün bizim qarşımızda iki seçim dayanır: ya bir sistemin parçası olduğumuzu şüurlu şəkildə qəbul edib, bu sistemdə öz rolumuzu və yerimizi qavrayaraq bütün sistemin və özümümüzün mövcudiyyətimizi davam etdirmək üçün çalışmaq; ya da indi olduğu kimi böyüyən eqomuzun ətrafımızdakı hər şeyi dağıtmasına icazə verərək, insan münasibətləri, ətraf mühit, iqtisadiyyat, mədəni və siyasi əlaqələr, sosial rifah, səhiyyə və təhsil də daxil olmaqla həyatın ən əsas sahələrindəki uğursuzluqlarla birlikdə bu problemli dünyada yaşamağa davam etmək.

 
 
 

Comments


Post: Blog2_Post
  • Facebook
  • Twitter
  • LinkedIn

©2019 by Mən Yoxsa Biz?!. Proudly created with Wix.com

bottom of page