top of page
Search

İnteqral dünya üçün inteqral təhsil- 2-ci hissə

  • Writer: menyoxsabiz
    menyoxsabiz
  • Jun 25, 2019
  • 2 min read

Nə iqtisadiyyatda davam edən çöküşə, nə on illərdir ki, davam edən ailələrin dağılma meyillərinə, nə də depressiya, intihar və narkotik aludəçiliyindəki astronomik artım rəqəmlərinə bir çarə tapa bilməmişik. Əgər bir problem varsa bu problemin kökündə dayanan əsas səbəblərin nə olduğunu hamılıqla anlaya və görə bilmədiyimizdən qaynaqlanır.

Fərqli cür ifadə etsək insanlıq tarixində ilk dəfə qlobal şəkildə bu cür proses baş verir və təsir ölçüləri və dairələri getdikcə artır. Və təəssüf ki, qaça biləcəyimiz bir “yer” yoxdur. Və ən pisi isə bu cür davam edərsə gələcəyin bizə nələr gətirəcəyini bilmirik.

Keçmişdə şahidi olduğumuz inqilablarda uğrunda mübarizə apardığımız sosial və iqtisadi quruluşlar özündən əvvəlki quruluşdan daha inkişaf etmiş və qabaqcıl idi. Sərt müharibələr yeni üsyanlara, dini və vətəndaş müharibələrinə gətirib çıxarsa da insanlar hər şeyin sonunda, yenə də, daha yaxşı bir gələcəyə ümid edirdilər.

Bu gün biz oxşarı olmayan qlobal perioddan keçirik. Bu proses sadəcə cəmiyyəti və fərdi özünə daxil etmir, eyni zamanda iqlim və ekologiyaya da öz təsirini göstərir (Növlərin təkamülünə baxsaq qlobal istiləşmə və soyuma dövrləri insanlığı hər zaman böyük adaptasiyalara məcbur etmişdir, məsələn Sibir və Asiyadan Avropaya böyük insan köçlərinin başlamasına gətirib çıxarmışdır).

Keçmişdə inqilablar konkret səbəblərdən ortaya çıxmışdır. İqlim dəyişikliyi, despot rejimlər, yeni texnoloji dövr və s. Sadə olaraq izah etsək, insanlıq artıq içində yaşadığı dünya ilə uzlaşa bilmədiyi üçün bu dəyişiklər labüd olmuşdur.



Həyatta qalmağımız üçün vacib olan sahələr - qida sənayesi, əmək bazarı, ailə institutu, təhsil və təhlükəsizlik sistemləri və s. Elə bir vəziyyətə gəlib çıxmışıq ki, heç nə işləməli olduğu doğru qanunauyğunluqla işləmir. Və davam edən bu prosesdə gələcəkdəki insanlığın nəyə bənzəyəcəyini təsəvvür edə bilmirik.

Bəs, bu yeni bütünləşmiş dünyanın qanunlarını incələmək və bununla da onun tələblərini qarşılamağı öyrənmək mümkündürmü? Gələcəyə baxıb seçdiyimiz yolun doğru olduğundan necə əmin olarıq? Gələcəyi öncədən təxmin edə bilərikmi?

Cavab “hə”dirsə, inkişafı asanlaşdıra bilərik və qaranlıqda boş yerə gəzməyimizin qarşısını ala bilərik. Əgər əksi olarsa keçmiş səhvlərimizi etməyə davam edəciyik, ancaq bu dəfə qarşılaşacağımız fəsadlar daha böyük olacaqdır.

Bütün yuxarıda bəhs etdiklərimizi nəzərə alaraq bütün dünya üçün inteqral təhsil kursu təşkil etməyi hədəfləməliyik. Məqsəd sadə, ancaq çox vacibdir: İnsanlara dünyamızın qarşılaşdığı və qarşılaşacağı real təhlükələri və onların əsas səbəblərini izah etmək, qarşılaşdığımız böhrandan ən tez və ağrısız şəkildə keçmək və yeni bir səviyyəyə yüksəlmək üçün birlikdə çalışmağımızın vacibliyini göstərmək, bir-birimiz olmadan, qarşılıq məsuliyyət, sevgi və yardımlaşma olmadan həm dünyamızı və onunla birlikdə də özümüzün də məhvinə səbəb olacağımızı real və təbiətdən nümunələrlə göstərmək.

Hamımız bir gəmidə yaşayırıq. Birimizin gəmidə açdığı dəlik bütün gəminin batmasına səbəb olacaq. Bir-birimizə qarşı kin və nifrət püskürməyi və başqalarını günahlandırmağı bir kənara qoyub real çarələr üçün çalışmaq bu gün qarşılaşdığımız böhrandan çıxımağın yeganə yoludur. Buna isə doğru təhsil və maariflənmə ilə nail ola bilərik. Hər kəsin şəxsi mənfəətləri üçün deyil, cəmiyyətə fayda vermək üçün rəqabət apardığı bir cəmiyyət quraraq uşaqlarımıza ümid dolu bir gələcək qoya bilərik.

 
 
 

Comments


Post: Blog2_Post
  • Facebook
  • Twitter
  • LinkedIn

©2019 by Mən Yoxsa Biz?!. Proudly created with Wix.com

bottom of page