İnteqral dünya üçün inteqral təhsil - 1-ci hissə
- menyoxsabiz

- Jun 25, 2019
- 2 min read
İllik hesabatlara görə bu gün dünyada iki yüz milyondan çox işsiz var. Növbəti illər qlobal istehsalın və təbii resursların azalması səbəbiylə bu rəqəmin daha çox artacağı proqnozlaşdırılır. Və bu artım işsizlərlə yanaşı bunun qarşısını almaqda aciz olan cəmiyyətlər və hökumətlər üçün də böyük təhlükə potensialı daşıyır.
İşsizlərin sayı dünya səviyyəsində artdıqca yeni inteqral dünyanı və həmin dünyanın yeni qanunlarını izah edən geniş təhsil sisteminə olan ehtiyac hal-hazırda şahidi olduğumuz qan tökülməsi, müharibə və gərginliyin aradan qaldırılması üçün qaçınılmaz olacaqdır.
Bəs, qlobal böhranın bizi gətirib çıxardığı bu “yeni dünya” nədir? Böhran və krizis sözlərini biraz dərindən incələsək əslində özündə mənfi məna daşımadığını görərik. Əksinə, yeni bir şeyə və yeni bir dərəcəyə doğum mənasını daşıyır. Bir dərəcədən digərinə keçmək komfort zonasını tərk etməyimizə səbəb olduğu üçün hər zaman bizim üçün çətindir. Bunun fərqi yoxdur siz işinizi dəyişdirirsiz, yoxsa həyatın hər hansısa bir aspektini. İnsan hər zaman dəyişiklikdən çox, davamlı olaraq içində olduğu vəziyyəti davam etdirməyə və kəskin dəyişikliklərdən qaçmağa meyillidir.

Bu cür düşünsək qlobal böhranların iki tərəfi olduğunu görərik. Bir tərəfdən bu özündə daşqınlar, zəlzələlər, sunamilər, vulkan püskürmələri, üsyan və müharibələr, inqilabi çevrilişlər kimi dəhşətli və ciddi təsirlər daşıyır. Digər yandan isə hal-hazırda qarşılaşdığımız bu çıxmazı bir dərəcədən digərinə keçmək üçün vacib doğum sancıları kimi qiymətləndirə bilərik. Anasının bətnində sağlam və təhlükəsiz bir mühitdə böyüyən uşağı düşünək. Ancaq doğumun baş verməsi üçün təşviqedici bir “narahatlıq” olmalıdır. Ana bədənində böyük bir gərginlik hiss edir və sancılar başlayır. Bununla birlikdə uşaq da öz üzərində böyük təzyiq hiss edir və nə baş verdiyini anlamır. Yəni, hal-hazırda dünyamızın içində olduğu vəziyyət də eynilə buna bənzəyir.
Tarix boyunca bunlara bənzər hadisələr yaşadıq, ancaq onlar “doğum” adlandıracaq qədər radikal dəyişikliklərə səbəb olmadılar. Bu hadisələri biz bu gün insanlıq tarixində inkişafa yol açan əsas təməl pillələr olaraq qiymətləndiririk.
Ancaq bu gün qarşılaşdığımız vəziyyət biraz fərqlidir. Keçmişdə hər zaman yeni “zirvələr” fəth etmək üçün çalışdıq. Sosial və texniki inqilablar, yeni torpaqların kəşfi, yeni inqilabi silahların ixtirası, internet və robot texnologiyası. Bütün bunlar insanlar arasındaki münasibətləri də əsrlər öncə olduğundan çox fərqli bir səviyyəyə gətirib çıxardı.
Lakin fərq bundadır ki, bu innovasiyalar heç bir zaman təbiəti qlobal olaraq əhatə etmədi. Bütün bunlar heç vaxt insan həyatının bütün aspektlərinə və bütün insanlığa- ölkələr, qitələr, ailələr və tək-tək individuallar da daxil olmaqla qlobal miqyasda təsir göstərmədi.
Bu gün yaşadığımız yeni inqilabi proses yuxarıda bəhs edilənlərin hamısını özündə birləşdirir.
Bu gün biz bütün baş verənləri təəccüblə anlamağa çalışırıq. Ancaq hələ də davam edən bu prosesin tam olaraq nə olduğunu qavraya bilməmişik. Qarşılaşdığımız bu böhran vəziyyəti həm individuallara, həm də kollektiv olaraq hər kəsə gün keçdikcə daha çox təzyiq göstərməyə davam edir.



Comments