Həyatın mənası nədir?
- menyoxsabiz

- Jun 4, 2019
- 2 min read
İnsanlığı yaradılışın ən başından bəri narahat edən, əsrlər boyunca filosofların və yazarların üzərinə düşünüb kitablar yazdığı ən təməl sual olan “Həyatın mənası nədir?” bu gün insanlığı daha çox narahat etməyə başlayıb. İllər boyunca xəyalını qurduğumuz o texnologiya əsrində yaşayırıq. Təyyarələr, smartfonlar, robot texnologiyası, süni intellekt, kosmosa uçuşlar və s. bütün bunların xəyalı bir neçə əsr öncə insanoğluna daha yaxşı və xoşbəxt həyat vəd edirdi. Bu gün bütün bunların hamısına sahibik. Bəs xoşbəxtik mi?. İnsan xoşbəxtdir mi?
Araşdırmalar göstərir ki XX əsr insanı özünü heç də xoşbəxt hiss etmir. Amerikada keçirilən sorğular insanların cəmi 33%-nin özünü xoşbəxt etdiyini ortaya çıxarıb. İnsan xoşbəxtliyinin və rifahının ən təməl vasitəsi hesab olunan pul haqqındaki fikirlərimiz də araşdırmalara görə özünü doğrultmur. “Pul xoşbəxtlik gətirməz” cümləsi bir çox psixoloji və iqtisadi araşdırmaçılar tərəfindən təsdiq edilir. Sənayesi inkişaf etmiş və sosial rifah səviyyəsinə görə qabaqcıl ölkələrin əhalisinin xoşbəxtliyində heç bir artım qeydə alınmır. Hətta yüksək inkişaf səviyyəsinə sahib olan ölkələrin əhalisi intihar cəhdlərinin yüksək səviyyəsinə də görə də seçilir.

Bəs insanın xoşbəxt olmasına mane olan nədir? İnsanın nəyə ehtiyacı var?
Təbiətə diqqət edənlər bu sistemdə alma arzusundan çox vermə arzusunun yer aldığını təsdiqləyər. Təbiətdə hər şey altruistik nizama görə işləyir. Hər şey təbiətdə bir başqasının varlığını davam etdirməsi üçün mövcuddur. İnsanın təbiətdən ayrılması və təbiətlə olan ziddiyyəti də məhz burada başlayır. Daimi olaraq öz eqoist arzularının tətmin olması üçün çalışan və bu tətminin sonunda aldığı sevincin müvəqqətiliyi ilə üzləşən insan depressiyaya düşür. Çünki insan sonsuz arzularının hamısını tətmin etmək iqtidarında deyil. Və ortalama 70 illik ömründə özünün belə olmayan, cəmiyyət tərəfindən ona təlqin edilən arzuları tətmin etmək üçün özünü yorur və nəticədə heç nə əldə etmədən ölür. Bu gün gənc nəsil getdikcə bu heç bir nəticə verməyən sonsuz döngünün mənasızlığının fərqinə daha çox varır və o məhşur sualı verir: “Həyatın mənası nədir?”



Comments