Narsizm Nədir?
- menyoxsabiz

- Jun 9, 2019
- 1 min read
Narsizm son 25 ildə obezite xəstəliyi kimi sürətlə artmışdır və bugünki tədqiqatlar nəticələrin 2002-ci ildəkindən 2 dəfə daha çox olduğunu göstərir.
- Psixoloq Dr. Jan Tveng, “The Narcissism Epidemic: Living in the Age of Entitlement” kitabının müəllifi

Narsizm nədir?
Narsizmin əsas xarakterik xüsusiyyəti “mən mərkəzçilik”dir.
“Narsizm şişirdilmiş bir mən hissidir. Belə bir düşüncədir ki, sən olduğundan daha yaxşısısan. Bu, çoxsaylı fərqli korrelasiyalara malik olan mürəkkəb bir xüsusiyyətdir, lakin məşhurluq, diqqət, şöhrətbazlıq və s. kimi xüsusiyyətləri də özündə ehtiva edir. Bununla belə, narsizmin əsas xarakterik xüsusuiyyəti mən mərkəzçi olmasıdır.
Narsizm öz təməlində hər şeyin daha çoxuna sahib olmağa çalışmaqdır: daha çox diqqət, daha çox şeylər, daha gözəl görünmək- bu hər zaman belə dayaz yollarla “daha çox”una sahib olmaqdır”.
Özünə dəyər verməklə narsizm arasındakı fərq nədir?
Narsistlər başqalarına və münasibətlərə dəyər verməyə əhəmiyyət verməzlər.
Özünə dəyər verməklə narsizm arasındakı əsas fərqlərdən biri “özünə dəyər verən şəxslər öz invidual sahələrində özlərini güvəndə hiss etməklə yanaşı, başqa insanlarla olan münasibətlərinə əhəmiyyət verirlər. Narsistlər isə bu mühüm xüsusiyyəti gözardı edirlər.”
Narsizmin əlamətləri:
Özünə həddindən artıq güvənmək;
Özü haqqında yanıldıcı dərəcədə yüksək fikirdə olmaq;
Həddindən artıq optimizm;
Şişirdilmiş, real olmayan bir mən;
Digər insanlardan uzaqlaşma;
Bir şeyə nail olmaq üçün çox çalışmadan ona sahib olma haqqı iddiası;
Başqalarının nəzərə alınmaması.



Comments