top of page
Search

Təbiətin gizli gücü – sevgi

  • Writer: menyoxsabiz
    menyoxsabiz
  • Jun 9, 2019
  • 2 min read


Sevgi məhfumu insanın yaradılışından bu yana hər zaman mövcud olmuş və insan ilə birlikdə də təkamül etmişdir. Süni intellekt erasına gəlib çatmışkan elm adamlarınınn sevginin əslində beynin bəzi hissələrində baş verən dəyişikliklərin və hormon ifrazının nəticəsi olması ilə bağlı olan sübutları sevginin hələ də dünyəvi digər hisslərdən fərqləndiyini deyənlərə məyusluq yaşadır.

Bəs həqiqətən sevgi nədir? İnsanoğlunun yaş, irq, din, cins fərq etmədən bu sevgi ehtiyacının səbəbi nədir?

Biraz düşünsək dünyada var olan hər şeyin arzu olduğunu görərik. İnsan bütün həyatı boyunca müxtəlif səviyyədə olan arzularını tətmin etmək üçün çalışır və ona bunun əksini yaşadan, yəni həzzə deyil, iztiraba səbəb olacaq şeylərdən qaçır. Fərqində olmasaq belə sevdiyimiz şeyləri və kəsləri də bizə zövq verdikləri üçün sevirik. Və artıq bizə verdikləri zövq bittiyi an onlardan çox asanlıqla imtina edirik. Yəni birinə “Səni sevirəm” deyərkən ona əslində mən səni mənə özümü yaxşı hissetdirdiyin üçün sevirəm, yəni mən sadəcə özümü sevirəm deyirik.

İnsanlar arasında sevginin ən altrustik nümunəsi ananın övladına olan sevgisidir ki, bu ona təbiət tərəfindən verilir. Yəni övladını bu cür sevmə və qoruma instinkti ona təbiət tərəfindən verilir və bunun qarşısında azad seçimi yoxdur. Çünki bir qadın başqasının uşağını öz övladı kimi sevmək iqtidarında deyil.

İnsanların tarixin ən əvvəlindən bir yerdə saxlayan məcburi səbəblər var idi. Bunlar qorunma, sığınacaq tapma, qida bölünməsi və s. idi. Bunlar insanların arasında tədricən bir-birinə bağlılıq və sevgi hissini ortaya çıxardı. Lakin həmin zamanlar üçün insanlar təbiətlə balans içindəydi, təbiətlə iç-içə yaşayır və təbiətin qanunlarına qarşı çıxmırdılar, əksinə ondan öyrənir və həyatlarına tətbiq edirdilər.

Ama insan eqosunun təkamülü bizi təbiətdən uzaqlaşdırdı və dəmir hasarlar və daş binalarda öz içimizə çəkilərək virtual həyat yaşamağımıza gətirib çıxardı. Biz buna inkişaf, sivilizasiya desək də, biz əldə etdiyimiz bütün nailiyyətlərə baxmayaraq günü gündən məhv ettiyimiz təbiətdən asılıyıq və başa düşmək isə istəmirik ki, məhv ettiyimiz şey əslində özümüzük. Eqomuz elə özümüzü məhv edir. Sivilizasiya inkişaf ettikcə, biz daha çox texnoloji inqilablara imza attıqca insan münasibətlərinin səviyyəsində də bir o qədər gerilədik. Boşanmaların sayı, narkotik və içki aludəçiliyi, depressiya və intiharlar bu gün hər zaman olduğundan daha çoxdur. Səbəbi isə sadədir. Daimi olaraq “Mən” mərkəzli düşüncə.


Təbiətdə hər şey sabit bir nizamla işləyir və bu nizamı dəyişmək mümkün deyil. Və bir də təbii ki bu ahəngin və harmoniyanın içindəki qarşlıqsız sevgi və başqasına vermə xüsusiyyəti. Təbiətdə hər şey bir başqasının varlığını davam ettirməsinə xidmət edir. Təbiətdə heç bir canlı ehtiyacından daha artığını götürmür və təbiətin nizamını pozmağa cəhd etmir, su heç bir zaman özü üçün axmır, bitki özü üçün böyümür və günəş özü üçün isitmir. Mövcud olan hər şey bir başqasına fayda vermək üçün var. Təbiətdə lazımsız kimi görünən ən xırda canlının, bakteriyanın belə bütün sistemin varlığını davam etdirə bilməsi üçün bilmədiyimiz onlarla faydası var. İnsan orqanizmi də eyni qanunlarla işləyir. İnsan isə bu sistemdə artıq əsrlərdir ki, xərçəng hüceyrəsi rolunu oynayır. Bütün bədənin məhvinə səbəb olan bu hüceyrə isə sonunda bədənlə birlikdə məhv olmağa məhkumdur.

 
 
 

Comments


Post: Blog2_Post
  • Facebook
  • Twitter
  • LinkedIn

©2019 by Mən Yoxsa Biz?!. Proudly created with Wix.com

bottom of page